Elmar Məmmədyarov: "Şoka düşdüm"
Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Malayziyaya məxsus sərnişin təyyarəsinin Ukraynada qəzaya uğraması ilə bağlı bəyanat verib.
Avropa Şurasının mətbuat xidmətinin yayadığı məlumata görə, E.Məmmədyarov baş vermiş hadisədən şoka düşdüyünü bildirib.
Qəza nəticəsində ölən şəxslərin ailələrinə başsağlığı verən AŞ Nazirlər Komitəsinin sədri cəsədlərin təhvil verilməsi ilə məşğul olan şəxsləri prosesin sürətləndirilməsi üçün səylər göstəməyi çağırıb.
“Mən bu faciənin hərtərəfli, müstəqil və şəffaf araşdırılması ilə bağlı müraciətlərə qoşuluram”, - deyə bəyanatda vurğulanıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?