HAMAS: İsrailin qırıcı təyyarəsi vurulub
İsrailin "F-16" markalı qırıcı təyyarəsi Qəzza yaxınlığında raketlə vurulub. "Milliyet"in xəbərinə görə, HAMAS-ın hərbi qanadı olan İzəddin Əl-Kassam birləşməsi bəyan edib ki, İsrail ordusuna aid hərbi təyyarə Qəzzanın mərkəzində Deyr Əl-Bəlah bölgəsinə zərbə endirmək istəyərkən zərərsizləşdirilib.
APA TV-nin xəbərinə görə, hələlik vurulan təyyarə ilə bağlı İsrail tərəfindən açıqlama verilməyib.
Bu arada, İsrail əsgərlərinin çoxunun ayağından yaralanması yerli mətbuatın diqqətini çəkib. Son olaraq 15 əsgərin topuqlarından vurulması Qəzza müharibəsindən qaçmaq üçün əsgərlərin özünü vurması iddiasını gücləndirib. "Elan" saytının xəbərinə görə, İsrail əsgərləri bu şəkildə müharibədən daha rahat yayına bilərlər.
Qeyd edək ki, İsrail iyulun 7-də “Qoruyucu Xətt” adı altında Qəzza sektoruna havadan, 10 gün sonra isə qurudan hücuma keçib. Hücum nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 636 fələstinli həyatını itirib, 4 min 40 nəfər isə yaralanıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?