Azərbaycan Ordusunun əsgəri özünü güllələyib
Azərbaycan Ordusunda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Murovdağda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Bayramlı Polad Malik oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?