“Yaşıl bazar”ın qarşısında zəncirvari qəza baş verib
Bakının Nərimanov rayonunda zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Xətai prospekti ilə Nemət Quliyev küçəsinin kəsişməsində, “Yaşıl bazar”ın qarşısında qeydə alınıb. Qəza zamanı Rəşad Pənahovun idarə etdiyi “Opel” Pənah Məmmədovun idarə etdiyi “Vaz 2107”ni o da işıqforun qırmızı işığında dayanan Şaiq İsayevin idarə etdiyi “Mercedes”i vurub.
Zərəçəkən Pənah Məmmədovun sözlərinə görə, “Opel”in sürəti yüksək olub.
Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yarasız hala düşən avtomobillər hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?