İŞİD-dən qorxunc qərar: Qadınlar sünnət olunacaq
Suriya və İraqda ələ keçirdiyi bölgələrdə xilafət elan edən İŞİD terrorçuları ağlasığmaz qərar veriblər. Qərara görə iraqlı qadınlar sünnət ediləcək. Bundan sonra 11 - 46 yaşlı bütün qadınlar genital bölgələrindən sünnət əməliyyatına məruz qalacaq. Birləşmiş Millətlər Təşkilatının təmsilçilərindən Jaklin Bədkok İŞİD-in bu gün məsələ ilə bağlı fətva yaydığını bildirib.
Qeyd edək ki, qadınlar cinsi həzdən məhrum edilməsi üçün sünnət edilir. Bu əməliyyat daha çox Afrika və Orta şərq ölkələrində həyata keçirilir. APA TV Birləşmiş Millətlər Təşkilatına istinadən xəbər verir ki, hər il əksəriyyəti Afrika və Orta şərq ölkələrində olmaqla 3 milyon qadın sünnət edilir. Ənənəvi sünnət edilmə daha çox azyaşlı qızlara tətbiq olunur.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?