ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək - APA TV

# 14:28
7 noyabr 2022

ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. APA TV xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirliyi məlumat verib. Məlumatda qeyd olunub ki, artıq nazir Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına yola düşüb və səfər çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşün keçirilməsi nəzərdə tutulub. Erməni mənbələrinin məlumatına görə üçtərəfli görüş bu gün keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR