Ramzan Kadırovdan Obamaya qadağa
Çeçenistan prezidenti Ramzan Kadırov Barak Obamaya qadağa qoyub. APA TV-nin məlumaıtna görə, ABŞ və Avropa İttifaqını “dövlət terrorizmi”ndə ittiham edən Kadırov Obamanın ölkəsinə səfərlərinə embarqo qoyub.
Obama ilə yanaşı Avropa İttifaqının daha üç liderinin Çeçenistan ərazisinə səfərlərinə qadağan qoyulub.
Kadırov “qara siyahısına” həmçinin Avropa Birliyinin rəhbərləri - Jose Manuel Barroso, Herbert van Rompuy və Katerine Aşton daxil edilib.
Beləliklə, Ukrayna böhranına görə, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına Moskvadan əvvəl Qroznı cavab verib.
Çeçenistan başçısı özünün İnstagram hesabında yazıb ki, qadağanlar ABŞ və Aİ-nin Ukrayna, Liviya, Suriya, İraq və Əfqanıstanda həyata keçirdiklləri “dövlət terroru”na cavabdır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?