Bakıda amansızlıqla öldürülən şəxsin qatili sərhəddə tutuldu
Bakıda Gürcüstan vətəndaşını qətlə yetirərək qaçmaq istəyən şəxs sərhəddə tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 25-də Qara Qarayev prospektində üzərində zorakılıq əlamətləri olan, baş nahiyəsinin küt alətlə əzilmiş xəsarətlə təxminən 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi və rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qətlə yetirilən şəxsin Gürcüstan vətəndaşı, 48 yaşlı Zviadi Kentçoşvili olduğu müəyyən edilib. Hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı Emil Xudaverdiyev isə respublikadan qaçmaq istəyərkən Qazax sərhəd keçid məntəqəsində saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, iyulun 25-də metronun “Koroğlu” stansiyası yaxınlığında yerləşən körpünün altında 35-40 yaşlarında kişinin meyiti tapılıb. Onun naməlum şəxs və ya şəxslər tərəfindən başına “kubik”lə vurularaq qətlə yetirildiyi məlum olub.
Qeyd edək ki, iyulun 25-də metronun “Koroğlu” stansiyası yaxınlığında yerləşən körpünün altında 35-40 yaşlarında kişinin meyiti tapılıb. Onun naməlum şəxs və ya şəxslər tərəfindən başına “kubik”lə vurularaq qətlə yetirildiyi məlum olub.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?