İsrail prezidentinin Azərbaycana səfəri niyə tarixi əhəmiyyət daşıyır?

# 19:11
1 iyun 2023

 İsrail Prezidenti İshak Hersoqun Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü beynəlxalq çevrələrdə hələ də müzakirə olunmaqdadır. Prezidentlər mühüm bəyanatlar, mesajlar verdilər, həm də ölkələr arasında ciddi strateji sənədlər imzalandı. Ölkə başçısı İlham Əliyev çıxışında İshak Hersoqun səfərini tarixi səfər adlandırdı və vurğuladı ki, bundan sonra ölkələr arasında müsbət dinamikanın şahidi olacağıq. Prezident vurğuladı ki, öllkələr arasında ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görülüb. İsrail mediasında da bu səfər barədə geniş məlumatlar verildi, siyasilərin mövqeləri dərc edildi. Geniş tərkibli görüşdə çıxışı zamanı səfərin əhəmiyyəti barədə danışan İsrail Prezidenti İshak Hersoq bildirib ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar, möhtəşəm işlər görə bilərlər. Qeyd edək ki, bir müddət öncə İsrailin xarici işlər naziri Eli Kohen də Bakıya səfər etdi və səfər zamanı ölkələr arasında bir çox sahədə - su, kənd təsərrüfatı, infrastruktur, texnologiya, energetika sahələrində əməkdaşlıq sazişləri imzalandı. Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, İsrail prezidentinin səfəri region üçün mühüm əhəmiyyət daşıyır. O əlavə edib ki, İsrail-Azərbaycan münasibətləri dünyada nümunə sayıla biləcək münasibətlərdəndir. Elçin Mirzəbəyli onu da vurğulayıb ki, Türkiyədəki seçkilərdən sonra İshaq Hersoqun Azərbaycana səfəri və rəsmi Tel-Əvivin Ərdoğanın qələbəsi münsaibəti ilə təbrik etməsi İsrail, Azərbaycan və Türkiyə əməkdaşlıq üçbucağının yaranmasına səbəb ola bilər. Elçin Mirzəbəyli onu da vurğulayıb ki, Azərbaycan nəinki strateji maraqların, eyni zamanda mədəniyətlərin habına çevrilir və yeni münasibətlər həm də yaxın Şərqdəki böhranın aradan qalxmasına səbəb ola bilər. Siyasi şərhçi onu da bildirdi ki, Azərbaycanla İsrail arasında əlaqələrin inkişafı üçün böyük perspektivlər var. Yahudilərin Azərbaycana münasibətinə gəlincə isə Elçin Mirzəbəyli vurğuladı ki, dünyann harasında olmasına baxmayaraq, onlar daim Azərbaycana öz sevgilərini nümayiş etdiriblər. Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR