Ermənilər Tovuzun sərhəd kəndlərini intensiv atəşə tuturlar
Dünən gündüz saatlarından başlayaraq, Tovuz rayonun Əlibəyli və Koxanəbi kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulub. Kənd sakinlərinin APA TV-yə verdiyi məlumata görə, gün ərzində ve gecə saatlarında atışma səngiməyib: "Umimiyyətlə kənddə gəzmək mümkün deyil. Dörd gündür, atəş səsləri kəsilmir. Kənd sakinləri evlərini tərk etməsə də, sığınacaqlarda yaşayırlar. Yanan güllələrdən kənd atəşə tutulur. Ermənilərin məqsədi ziyanlıq verməkdir. Əsasən, əkin sahələrinə od vurmaq istəyirlər ki, yanğın kəndə yaxınlaşsın".
Atışma zamanı həyəcanlanan Koxanəbi kənd sakini1995-ci il təvəllüdlü Salatın Babayevanın halı pisləşib. O, dərhal Tovuz Mərkəzi Rayon Xəstxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra xəstə evə buraxılıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?