Gəncədə yanğında yaralanan ana və azyaşlı qızı ölüb
İki gün əvvəl Gəncə şəhərində baş verən yanğında yaralanan ana və övladı dünyasını dəyişib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA TV-yə verilən məlumata görə, iyulun 27-də yanıq xəsarətləri ilə xəstəxanaya daxil olan Gəncə şəhər sakinləri, 1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun qızı, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı bu gün dünyasını dəyişib. Digər yaralı, 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlunun vəziyyəti isə ağır olaraq qalır.
Qeyd edək ki, hadisə iyulun 27-də Gəncə şəhəri, Mirəli Qaşqay küçəsi, 5 ünvanında yerləşən birmərtəbəli yaşayış evində baş verib. Yanğın zamanı bir ailənin üç üzvü xəsarət alıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?