Rüşvət üstündə tutulan kollec direktoru təcridxanada ölüb
Bakı Dövlət Sosial İqtisad Kollecinin rüşvətxorluqda təqsirləndirilən direktoru Mübariz Mahmudov ölüb.
APA-nın məlumatına görə, M. Mahmudov Ədliyyə Nazirliyi Penitensiar xidmətin müalicə müəssisəsində dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Bakı Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsünə qarşı ittiham irəli sürülüb, barələrində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər, adı çəkilən şəxslərin əllərində rüşvət üçün verilən pullar tutulub.
Onu da qeyd edək ki, həmin şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. M. Mahmudov dünyasını dəyişdiyi üçün onun barəsində olan cinayət işinə xitam verilib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?