MN: Ordumuzun itki verməsi barədə xəbərlər əsassızdır
Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ cəbhəsində itki verdiyi barədə məlumatların əsassız olduğunu açıqlayıb. Erməni mətbuatının verdiyi xəbərə görə, iyulun 31-ə keçən gecə Azərbaycan “diversiya qrupu” Dağlıq Qarabağda cəbhə xəttinin şimal istiqamətində erməni silahlı birləşmələrinin dayaq məntəqəsinə hücum edib. Baş verən atışmada iki erməni hərbçinin öldüyü, Azərbaycan Ordusunun da xeyli itki verərək geri çəkildiyi bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya Ermənistan KİV-in yaydığı məlumatın əsassız olduğu qeyd edilib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?