Bank Of Baku

Türk səfirdən Azərbaycana başsağlığı

# 16:34
1 avqust 2014

Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun cəbhədə bölgəsində Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib. APA-nın məlumatına görə, diplomat bu barədə özünün “Twitter” səhifəsində yazıb.


“Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Hamısına tanrıdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm”, - deyə diplomat qeyd edib.

Xatırladaq ki, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər, atışmalar nəticəsində Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub, 4 nəfər ağır yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR