Cəbhə xəttində daha bir əsgərimiz yaralandı
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhə xəttində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Fərhad Azad oğlu Rəhimov düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər yüngül xəsarət alıb. Hospitala yerləşdirilən əsgərin vəziyyəti normal qiymətləndirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib