Azərbaycanın cənubunda zəlzələ baş verib
Azərbaycanın cənubunda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən məlumata görə, zəlzələ bu gün yerli vaxtla saat 12.26-da Lerik ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişi APA TV-yə bildirib ki, qeydə alınan zəlzələ ocağı hər zaman fəaliyyətdə olan ocaqlardan biridir və ara-sıra bu cür təkanların qeydə alınması gözləniləndir. Eyni zamanda zəlzələdən sonra ərazidə aktivlik müşahidə olunur. Lakin baş verən xırda təkanlar spesifik xarakter daşıyır və hər hansı dağıdıcı əhəmiyyət kəsb etmir. Seysmoloq əhalini təşvişə düşməməyə çağırır.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib