Azərbaycanlı Rusiyada nazir müavini təyin olundu
Rusiyada azərbaycanlı nazir müavini təyin olunub. APA TV-nin məlumatına görə, soydaşımız Rəşid Rüstəm oğlu İsmayılov Rusiya rabitə və kommunikasiya nazirinin müavini təyin edilib.
Soydaşımız qurumun informasiya texnologiyaları sahəsinə üzrə fəaliyyətinə məsuliyyət daşıyacaq.
Qeyd edək ki, Rəşid İsmayılov nazir müavini təyin olunmazdan əvvəl 20 il Ericsson, Nokia Networks, Nokia-Siemens Networks və Huawei kimi şirkətlərdə rəhbər vəzifələrində çalışıb. 2013-cü ilin yanvarında o, Rusiya Rabitə və Kommunikasiya Nazirliyinin beynəlxalq əlaqələr departamentinə rəhbər təyin olunub. 1965-ci ildə Bakıda anadan olan Rəşid İsmayılov 1982-ci ildə Moskvada SSRİ Xarici İşlər Nazirliyinin internat məktəbini bitirib.
Məlahət Nəcəfova APA TV
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib