Davudoğlu yaralı əsgərlərimizi ziyarət edib
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada müalicə olunan yaralı Azərbaycan əsgərlərini ziyarət edib. Bu barədə Ə. Davudoğlu “Twitter” səhifəsində yazıb.
“Ermənistanın atəşkəs pozması nəticəsində yaralanan və müalicə üçün Türkiyəyə gətirilən Azərbaycan əsgərlərimizi ziyarət etdim. Qonağımız olan Elvin Ədgərov və Sərxan Tahirova tezliklə sağalmalarını arzu edirəm”, - deyə Ə. Davudoğlu qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib