Ucarda sakinlərin yoluna kimlər, niyə daş qoydu?

# 13:37
6 oktyabr 2023

 

Ucarda bir binanın sakinlər digər iki binanın sakinlərinin yoluna daş qoyub. Yox, yox. Məcazi mənada yox, lap elə sözün əsl mənasında. Rayonun Heydər Əliyev prospektinin 143 və 145 ünvanında yerləşən binalarının sakinləri bildirir ki, uzun illərdir ki, istifadələrində olan avtomobil yoluna təxminən 2,5 ton ağırlığında iki böyük daş parçası qoyulub. Onların bildirdiyinə görə, bu daşları əks tərəfdə yerləşən binanın sakinləri rayon rəhbərliyinin razılığı əsasında qoyublar. Sakinlər bildirir ki, alternativ yol olsa da vəziyyəti istifadəyə yararsız olduğundan həmişə bu yoldan istifadə ediblər. Bütün taksi sürücüləri, təcili yardım, bir sözlə hər kəs bu yolu tanıyır. İndi bu yolun da bağlanması onlar üçün böyük çətinliklər yaradıb. Təxminən 2 ay olar ki, yol bağlanıb. Sakinlər bildirir ki, müvafiq qurumlara müraciət etsələr də bir faydası olmayıb. Yol kəsən sakinlər isə bildirirlər ki, bu addımı atmaqda məqsədləri uşaqlarının təhlükəsizliyini təmin etməkdir. Məsələyə şifahi münasibət bildirən şəhər ərazi dairəsi üzrə nümayəndəsi Abdulla İbrahimov isə bildirdi ki, sözügedən ünvanda yaşayan sakinlərin 3 alternativ yolları var: “Sakinlər həmin yollardan istifadə edə bilərlər və edəcəklər də. Şikayəti sakinlərlə söhbətlər aparılıb və payız aylarında alternativ yola asfalt döşənəcək. Zəhmət çəkib sakinlər o yollardan istifadə etsinlər. Hazırda bağlanan yol açılmayacaq ”- deyə, nümayəndə qeyd edib. Zahid Abışov, Devran Əssgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR