Erməni əsir: "Ümid edirəm ki, məni 3-cü ölkəyə yollayacaqlar"
Azərbaycanda saxlanılan erməni hərbi əsir Akop İnciqulyan öz ailəsinə məktub göndərib. APA-nın Ermənistan saytlarına istinadən yaydığı məlumata görə, bu barədə onun qardaşı Arutyun açıqlama verib.
Arutyun İnciqulyan bir ildən çoxdur əsirlikdə olan qardaşından məktublar aldıqlarını deyib: “Bir neçə məktub aldıq. O, bizim məktublarımıza cavab verib. Yazır ki, özünü yaxşı hiss edir, problem yoxdur, lakin ümid edir ki, yaxın gələcəkdə onu üçüncü ölkəyə göndərəcəklər”.
Qeyd edək ki, Ermənistan ordusunun əsgəri Akop İnciqulyan 2013-cü il avqustun 7-dən 8-nə keçən gecə qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan ordusunun nəzarəti altında olan hissəsinə keçib.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib