Şəhid ailəsinin evindən oğurluq etdi
Qobustan rayonunun Nabur kəndində yerləşən şəhid ailəsinə məxsus evdən məişət əşyalarının oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. APA TV-nin yerli bürosunun məlumatına görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Ceyhun Abdulalıyev tutularaq istintaqa təhvil verilib. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını metal qəbulu məntəqələrinə satdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu