Bank Of Baku

Türkiyənin Moskvadakı səfirliyi atəşə tutulub

# 11:44
18 avqust 2014

Türkiyənin Moskvadakı səfirliyi atəşə məruz qalıb. APA TV-nin İTAR-TASS-a istinadən verdiyi məlumata görə, kimliyi hələ məlum olmayan bir kişi ov silahından binanı atəşə tutub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o dərhal diplomatik missiyanın mühafizəçiləri tərəfindən saxlanılıb. Hadisə nəticəsində heç kəs xəsarət almayıb. Hadisəni törədən şəxs törətdiyi cinayətin motivlərini açıqlamayıb. Hazırda o polis bölməsindədir və hadisənin mahiyyəti  aydınlaşdırılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR