Neft niyə sürətlə bahalaşır? - Biz nəsə qazanacağıqmı?

# 19:07
3 aprel 2023

OPEC+ gündəlik neft hasilatını bir milyon barel azaldacaq. Ötən cümə günü London birjasında “brent” markalı neftin bir bareli 79 dollar 77 sentə idisə, indi qiymət birja elektron hərraclarında 85 dollara qədər artıb. Buna səbəb isə OPEC+ çərçivəsində keçirilən görüşdə Səudiyyə Ərəbistanı, BƏƏ və Qazaxıstan da daxil olmaqla, bir sıra OPEC ölkələrinin cari ilin may ayından başlayaraq hasilatı azaltmaq qərarı olub.

Ekspertlər isə neftə olan tələbatın heç də OPEC+-in hesabatlarında göstərildiyi kimi

yüksək olmadığını bildirirlər. Rusiya-Ukrayna müharibəsi də buna ciddi təsir edir.

Mütəxəssislər onu da vurğulayırlar ki, sözügedən ölkələrdə iqtisadi vəziyyət dəyişdiyi üçün onlar hazırki şəraitdə başqa çarə tapa bilmirlər.

Digər tərəfdən, bununla bağlı hasilatçı ölkələr tərəfindən may ayından sonra əks həmlələr edilə bilər. Məsələn ABŞ OPEC+ çərçivəsində bu cür addımları tənqid edib.

Ekspertlər bildirirlər ki, adı çəkilməsə də, neft hasilatını azaldan ölkələr arasında Azərbaycan da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR