Bank Of Baku

“Qarabağ”ın rəqibləri məlum oldu – “İnter”, “Sent-Etyen”, “Dnepr”!

# 17:02
29 avqust 2014

Avropa Liqasında “Qarabağ” klubunun rəqibləri məlum olub. APA TV-nin məlumatına görə, “F” qrupunda mübarizə aparacaq “Qarabağ”ı çətin rəqiblər gözləyir. Komandamız növbəti mərhələyə çıxmaq üçün “İnter”, “Sent-Etyen” və “Dnepr” səddini keçməlidir.

Qeyd edək ki, “Qarabağ” klubu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq şansı qazanıb. Komanda Bakıda 0-0 oynadığı Hollandiyanın “Tvente” klubu ilə dünən səfərdə 1-1 bərabərə qalıb və qrup mərhələsində oynamaq şansı əldə edib.

Avropa Liqasında mübarizə aparacaq Türkiyənin “Beşiktaş” və “Trabzonspor” klublarının da rəqibləri məlumdur. “Beşiktaş” “Tottenhem”, “Partizan” və “Asteras” klubları ilə “C” qrupunda mübarizə aparacaq. “Trabzonspor”un rəqibləri isə “Metallist”, “Legiya” və “Lokeren” klublarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR