Bank Of Baku

Qubada 8 yaşlı uşaq çayda batıb

# 17:31
20 sentyabr 2014

Qubada bədbəxt hadisə baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba rayon sakini, 2006-cı il təvəllüdlü Fərid Elxan oğlu Qədirov Qudyalçayın rayon ərazisindən keçən hissəsində çaya düşərək boğulub.
Bu gün səhər saatlarında F. Qədirovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR