Bank Of Baku

Sərhəddə 12 kq narkorik tutulub

# 16:47
1 oktyabr 2014

Azərbaycan sərhədçiləri tərəfindən sentyabr ayında narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində 12 halda ümumilikdə 12 kiloqram 615,8 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Bu barədə APA TV-yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

 

Bununla yanaşı, dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşları ilə birlikdə dövlət sərhədindən keçən şəxslər üzərində keçirilən baxışlar zamanı 7 halda narkotik vasitə aşkar olunub. Bütün cinayət faktları üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR