Bank Of Baku

Ölkə ərazisində yağışlı hava şəraiti davam edəcək

# 13:27
9 oktyabr 2014

Oktyabrın 10-da Bakıda və Abşeron yarmadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, günün ikinci yarısında tədricən kəsiləcək. Şimal küləyi əsəcək. Gecə 10-13, gündüz 15-17 dərəcə isti olacağı proqnozlaşdırılır.

 

Rayonlarda da arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Aran rayonlarında gecə 9-14, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.  

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR