“Robot, zombi sifəti almış oluruq”

# 12:35
25 iyul 2023

 

İnsanlar həmişə qocalmamağın, cavan görünməyin sirrlərini axtarır. Hazırda isə gənc görünmək üçün müxtəlif kosmetoloji prosedurlar mövcuddur. Bu istiqamətdə Azərbaycanda ən çox istifadə olunan botoks və dolğudur. Burda məqsəd fiziki görünüşü cavanlaşdırmaq olsa da, botoks və dolğu prosedurları bir-birindən seçilir. “Botoks dərman preparatıdır. Və xüsusi icazə vasitəsilə vurulur. Dolğu gialirant turşusu tərkiblidir və hansıki bizim orqanizmimizdə var və müəyyən yaşdam sonra geri çevrilməyə başlayır. Biz bunu hazır dolğu şəklində filler dediyimiz xanımlar daha çox dolğu şəklində bilirlər bunu kənardan orqanizmə daxil edirik. Dolğu sanki bir yaradıcılıq işidir. Bunun üçün mütləq həkimin həm estetik gözü olmalıdır. Həm tibbi cəhətdən savadı olmalıdır. Dolğu yaradıcılıq işidir, botoks isə dəqiqliyi sevir. Çünki onun konkret vurulma nahiyyələri, texnikası var. Botoks əslində bir markadır. Tərkibindəki maddə kosmetologiyaya istifadə olunan botulinum toksin A versiyasıdır, bu isə dozasında istifadə edilməlidir. “Botoks vurulan nahiyədə sinir keçiriciliyini müvəqqəti olaraq blokada etdiyi üçün həmin nahiyədə qırışı açmır. Keçiriciliyi pozur sadəcə. Onun vasitəsilə də biz istədiyimiz nəticəni alırıq. Ama dolğu bir rəssam işidir yaradıclıqdır. Pasiyent oturub mən ona baxıram istədiyim nahiyəyə həmin dolğunu mən tətbiq edə bilirəm. Yenəə burda üzdən 3-lü sinir keçir, sinirin yerini bilməliyəm arteriyanın yerini bilməliyəm. Yumşaq toxumaya vurulmalıdır. Mütləq həkim bunları bilməlidir.” Düzgün texnika və keyfiyyətli preparat vurularsa, sözügedən kosmetoloji prosedurların yan fəsadı yoxdur. Həkim onu da əlavə edib ki, bu sahədə qeyri-peşəkarlar, tibbi təhsili olmayanlar çoxalıb. Bəzən prosedur çox sadə görünür - iynəni vurdum, vəssalam! Əslində isə belə deyil. Süd verən analar, hamilə xanımlar, onkoloji və sair xəstəlikləri olanlara bu kosmetoloji prosdurları istifadə icazə verilməməlidir. Bundan başqa 60 yaşdan yuxarı xanımlara da botoks tövsiyə edilmir, çünki əzələlər buna əks reaksiya verə bilər. Həkimlər bunu əzələ aqressiyası kimi qələmə verirlər. Hər iki prosedurun ortalama qiyməti 180-dən 350 manata qədərdir. Gün keçdikcə əhali arasında botoks və dolğu etdirənlərin sayı artsa da, sözügedən proseduru hamı normal qarşılamır. Donuq baxışlar qeyri-müəyyən duyğular. Bədən dili təlimçisi Nəcəf Allahverdiyev deyir ki, bu cür kosmetoloji prosedurlar hər nə qədər müvəqqəti gözəllik versə də, insanlar emosiyalarını düzgün ötürə bilmirlər. Yəni hiss-həyəcan təqdimatında anlaşılmazlıq yaranır. Blinmir ki, həmin adam kövrəlib, yoxsa gülümsəyir. Səmimiyyət süniləşir. Qeyd edək ki, dolğunun qalıcılıq müddəti 6 aydan bir ilə kimi, botoksda isə 4-6 ay çəkir. Dünyaca məşhur filosoflarınb təbirincə desək, sevilmək istəyirsinizsə. əvvəlcə özünüzü sevin. Bu ideologiyadan çıxış etsək, insan özünü bəyənirsə, əksəriyyətin xoşuna gələcək. Bu isə botoks və dolğu ilə çərçivələnmir. Yetər ki, güzgüyə baxanda üzünüz gülsün və özünüzdən əmin olun. AYNUR QARA ZİYA ALLAHYAROV XƏYAL İSKƏNDƏROV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR