Bank Of Baku

İŞİD-in mövqelərinə 30 hava zərbəsi endirilib

# 10:24
20 noyabr 2014

Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri müttəfiqlərin iştirakı ilə üç gündə “İraq Şam İslam Dövləti” terrorçu qruplaşmasının İraq və Suriya ərazisindəki mövqelərinə 30 hava zərbəsi endirib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı yayıb. Suriyada “əl-Qaidə”-yə yaxın “Xorasan” qruplaşmasının hərbi anbarları da bombalanıb. Məlumata görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri də daxil olmaqla 6 zərbə endirilib. İraqda isə “İŞİD”-in Kərkük və Mosul şəhərlərindəki mövqeləri havadan 24 dəfə bombalanıb.

 

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası  avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR