Vladimir Qroysman Ukrayna Ali Radasının sədri oldu
Ukrayna Ali Radasına yeni sədr seçilib. APA-nın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, yeni parlamentdə yaranan koalisiya bu posta Petro Poroşenko blokunun liderlərindən olan Vladimir Qroysmanın namizədliyini irəli sürüb.
Keçirilən səsvermədə V. Qroysman 359 səs toplayaraq parlamentin sədri seçilib.
Yeni sədr çıxışında bildirib ki, Ukrayna Krımı özünə qaytarmalı və Donbassı bərpa etməlidir: “Biz prezidenti dəstəkləyərək məsuliyyətli qərarlar qəbul etməliyik”.
Qeyd edək ki, yəhudi əsilli ukraynalı, 1978-ci il təvəllüdlü V. Qroysman bundan əvvəl baş nazirin müavini idi.
DİGƏR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı