Masazırda iki yük maşını toqquşdu
Bakı-Quba yolunun 7-ci kilometrliyində iki yük avtomobili toqquşub. APA TV-nin məlumatına görə, Qubadan Bakıya yük gətirən 34 yaşlı Zaur Əliağa oğlu Mahmudov havanın qaranlıq və yağışlı olması səbəbindən Masazır körpüsünün üstündə dayanan "Shagman" markalı yük avtomobilini görməyib. Nəticədə Zaur Mahmudovun idarə etdiyi "Renault" markalı yük maşını "Shagman"a çırpılıb.
Sürücü Zaur Mahmudovun sözlərinə görə, körpüdə nasaz vəziyyətdə dayanan "Shagman"ın arxasında xəbərdaredici nişan olmayıb. O da bu səbəbdən yük maşınını görməyib. Deformasiyaya uğrayan yük avtomobilindən sürücü özü çıxıb.
Hadisə yerinə gələn yol polisİ əməkdaşları qəzanın baş vermə səbəblərini araşdırır.
DİGƏR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı