Gəncədə 56 yaşlı qadını maşın vurub öldürdü
Gəncədə piyada ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Tağı Aranı küçəsində qeydə alınıb. Şəhər sakini, 1991-ci il təvəllüdlü Kamil Şirinov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yolu keçmək istəyən piyada, Samux rayon Qarayeri qəsəbə sakini, 1958-ci il təvəllüdlü İsmayılova Dünyaxanım Məmməd qızını vurub. Qadın xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı