Bakıda zavodda yanğın olub
Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki asfalt beton zavodunda yanğın olub. APA TV-nin məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
İlkin araşdırmalar zamanı məlum olub ki, yanğına texnika üçün istifadə olunan yağın qəfil alışması səbəb olub. Qısa zamanda yanğının qarşısı alınıb. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın zaman xəsarət alana olmayıb. Faktla bağlı Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Hissəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib