Fələstinli nazir İsrail əsgərləri ilə qarşıdurma zamanı ölüb
Fələstinli nazir Ziyad Əbu Ein İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma zamanı öldürülüb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İrodan çayının Qərb sahilində baş verib.
İsrail hərbçiləri tərəfindən silahın qundağı ilə vurulan Z. Əbu Ein təcili tibbi yardım maşını ilə Ramallah xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin təfərrüatları barədə geniş məlumat verilmir.
Ziyad Əbu Einin Nazirlər Kabinetinin üzvü, məskunlaşma naziri olduğu bildirilir.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib