ANAMA-nın baş direktoru Nazim İsmayılov vəfat edib
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov vəfat edib. Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.
N.İsmayılov uzun sürən xəstəlikdən axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, N.İsmayılov ANAMA-nın yaradıldığı tarixdən - 1998-ci ildən agentliyin rəhbəri vəzifəsində çalışıb.
O, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işinin təşkilində xidmətlərinə görə bir neçə dövlət mükafatı ilə təltif olunub.
Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib