Şirvanda quldurluq edən keçmiş məhkum tutulub
Şirvanda quldurluqda təqsirlənndirilən şəhər sakini tutulub. Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA TV-nin Mil-Muğan bürosuna verilən məlumatına görə, dekabrın 9-da şəhər sakini G.Şıxbalaoğlu küçəsində yerləşən Qulamhüseyn Rza oğlu Eymanxaya məxsus ərzaq mağazasına gəlmiş naməlum şəxs orada satıcı işləyən İbrahim Babayevi bıçaqla hədələyərək mağazadan 60 manat və 44 manatlıq mobil telefon danışıq kartlarını götürüb.
Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Zubkov Vladimir Pavloviç tutulub.
Vladimir Zubkov hadisəni törədərkən içkili olduğunu bildirib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib