Bakıda yol polisləri qəzaya düşdü: 1 yaralı
Abşeronda yol patrul xidmətinin əməkdaşları qəzaya düşüb. APA TV-nin məlumatına görə, hadisə zamanı bir polis əməkdaşı yaralanıb. Yol-nəqliyyat hadisəsi rayonun Xırdalan şəhərində qeydə alınıb.
25 yaşlı polis əməkdaşı Yusifli Tural Elşad oğlu xidməti maşını ilə qəza törədib. Qəza zamanı xəsarət alan T.Yusifli təcili yardım vasitəsi ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tibbi yardım göstərib.
Xəstəxanadan verilən məlumata görə, yol polisinin hazırda vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib