2021-ci ildə itirdiyimiz məşhurlar...

# 14:55
31 dekabr 2021

2021-ci il bitir. Bu il yaddaqalan hadisələrlə zəngin oldu. Amma təəssüf ki, bu hadisələrin içində gözümüzdə yaşa, boğazımızda düyünə çevrilənlər də var. 2021-ci ildə karona, eləcə də müxtəlif xəstəliklər ucbatından bir çox ziyalımızı, ictimai-siyasi xadimlərimizi, sənətkarlarımızı itirdik.

 

İlin son günlərində həyatımızda hərəsi bir cür iz qoyan bu ölməz insanları yenidən xatırlatmağı özümüzə borc bildik.

 

Üzümdə zəlzələ, ruhumda qiyam,

Dartdı əllərimdən o biri dünyam,

Dartdı-dartmağına inanmadığım.

 

İnanmaq çətin olsa da, bu il Xalq şairi Musa Yaqub aramızdan ayrıldı. “Ölüm ayrılıq deyil” deyən Xalq şairi Fikrət Qoca da bu il bizi tərk etdi.  

 

Professor Buludxan Xəlilov, professor Çingiz Qacar, professor Fəridə Məmmədova da bu il haqq dünyalarına qovuşdular.

 

Oğlunun ölümündən sonra həyat işığı sönən, uzun müddət ekranlarda görünməyən  Əməkdar artist Zöhrə Abdullayevanı isə 2021-ci ilin mayında itirdik.

 

2021 ölümün heç yaraşmadığı, qəlblərdə dolaşan musiqiləri, ağ saçları ilə     yaddaşımızdan hec silinməyəcək bəstəkar Nailə Mirməmmədlini bizdən qopardı.

 

Xalq artisti Canəli Əkbərov, Xalq artisti Yalçın Rzazadə də köç edənlərin karvanına qoşuldu.

 

2021-ci ilin mayinda isə müğənni Aslan Hüseynovun olum xəbərini aldıq. Aslan Hüseynov avtomobil qəzasına dşsərək, dünyasını dəyişdi.

 

Hələ də qalib gələ bilmədiyimiz, 2021-ci ildə şiddətlə yayılan koronovirus xəstəliyi də bir çox önəmli şəxsiyyətləri əlimizdən aldı. Üzümüzdə təbəssüm yaradan adam - Xalq artisti Arif Quliyev karonavirusla bacarmadı.

 

Eyni səbədən gənc muğam ifaçısı Tuqay İsmayılov 35 vəfat etdi.

 

Koronovirusun əlimizdən aldığı səntkarlar sırasında Əməkdar artist Baloğlan Əşrəfov, Əməkdar artist Yaqub Zurufçu, “Rəmiş” ləqəbi ilə tanıdığımız Xalq artisti Rafiq Hüseynov, müğənni Səyyad Əlizadə, Xalq artisti Ramiz Əzizbəyli, Xalq artisti Səməd Səmədov, tanınmış jurnalist Elnur Əşrəfoğlu da var.

 

Rəssam Arif Qaziyev, aktyor Məcnun Hacıbəyov, kinorejissor Eldar Quliyevlə də bu il vidalaşdıq.

 

Bütün itkilərimizə, yaşanan məyusedici məqamlara rəğmən 2022-ci ilin ölkəmiz, xalqımız uçun daha gözəl olacağına umid edirik. Gələcək günlərin keçmiş günlərdən gözəl olması diləyi ilə yeni iliniz mübarək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR