Şüvəlanda bacısını öldürən oğlanın qaynatası: "Dedi ki, boğub öldürmüşəm"
Bakıda qardaş bacısını boğaraq qətlə yetirib. APA TV-nin xəbərinə görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədimov aralarında yaranan münaqişə zəminində bacısı, 1989-cu il təvəllüdlü Ramiləni boğaraq öldürüb. Hadisə barədə qonşular xəbər tutub. Qətli törədən qardaş hadisə barədə əvvəlcə qonşusuna deyib: "Dedi ki, öldürüb. İnanmadım, keçdim baxdım, gördüm qız yerdə uzanıb".
Xəzər rayon Prokurorluğundan hadisənin məişət zəminində baş verdiyi bildirilib. İlkin məlumata görə, qətlə yetirilən Ramilə Qədimova qeyri-rəsmi yaşadığı şəxsdən ayrıldıqdan sonra qardaşının evinə köçüb. Aralarında mübahisə düşən qardaş bacını boğaraq qətlə yetirib. Hadisəni törədən T. Qədimov könüllü olaraq polisə təslim olub.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib