Sürücülük vəsiqəsi olmayan maşın ustası qəza törətdi
Ötən gecə Sabunçu rayonunda "VAZ" markalı avtomobillər toqquşub. "VAZ 2106" markalı avtomobili ilə hərəkətdə olan Asif Şeydayevin qarşına ara küçədən Əli Əlimuradovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil çıxıb. Nəticədə "VAZ 2106" "VAZ 2107" -ə çırpılıb. Qəza zamanı sürücülər xəsarət almayıb. Hadisə yerinə yol polis əməkdaşları gəliblər. Araşdırma zamanı məlum olub ki, avtomobil ustası olan Əli Əlimuradov maşını sənədsiz idarə edib.
Sürücülər ifadələri alınması üçün polisə aparılıblar. Faktla əlaqədar araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib