Bank Of Baku

İmişlidə avtomobil maneəyə çırpıldı: 1 ölü, 1 yaralı

# 11:13
25 dekabr 2014

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, avtoqəza dekabrın 24-də axşam saatlarında İmişli rayonunun Sarxanlı-Boşçalılar yaşayış məntəqəsinin kənd yolunda qeydə alınıb. Sarxanlı kənd istiqamətində hərəkətdə olan Novruz Vəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili əvvəlcə körpünün qoruyucu hissəsinə, daha sonra isə betona çırpıb. Qəza zamanı "VAZ-2107"-də olan sərnişin, 61 yaşlı Qara Hüseynov aldığı xəsarətdən hadisə yerində ölüb. Avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli mərkəzi rayon xəstəxanasının travmatologiya şöbəsində yerləşdirilib.

 

Faktla bağlı  araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR