Atasından polisə şikayət edən şəxs öldürülüb?

# 17:41
4 iyul 2023

Qəbələ rayonu Dizaxlı kənd sakini 1975-ci il təvəllüdlü Soltanov Teymur Cəfər oğlunun polis şöbəsinə gəldikdən sonra ölməsi barədə məlumat vermişdik. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Teymur Soltanov sərxoş vəziyyətdə polis şöbəsinə gəldikdən sonra saat 19 radələrində qəfil halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Tibbi müdaxilələrə baxmayaq o, ürək tutmasından ölüb. Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri (221, 243, 315) məhkum olunan şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Qeyd edək ki, Soltanov atası tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı polisə müraciət edibmiş. Mərhumun yaxınları isə - əmisioğlu, xalası və həyat yoldaşı Teymur Soltanovun ürək problemlərindən əziyyət çəkmədiyini iddia edir, onun ölümündə polisi günahlandırırlar. Bəzi qohumlar isə onun ölümündə atasını şübhəli bilirlər. Yaxınlarının dediyinə görə, Teymurla atası və ögey anası arasında tez-tez mübahisə düşürmüş APA TV məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildirilib ki, polis haqqında səsləndirilən ittihamlar həqiqəti əks etdirmir və yalandır. Faktla bağlı araşdırmalar davam etdirilir. İlham Məmmədov Taleh İbrahimov APA TV- Qəbələ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR