Bank Of Baku

Neft Akademiyasının rektoru Siyavuş Qarayev vəfat edib

# 14:55
2 yanvar 2015

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, üzvi kimya sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru Siyavuş Qarayev dünyasını dəyişib. Rektor yanvarın 1-də gecə saatlarında vəfat edib.

 

APA TV-nin xəbərinə görə, Siyavuş Qarayev 30 aprel 1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olub. O, 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin  kimya fakültəsinə daxil olub.

 Siyavuş Qarayev Beynəlxalq Elmlər Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Çin Neft Universitetinin fəxri professoru olub S. Qarayev 550-ə yaxın  elmi əsərlərin müəllifidir, 70-dən çox beynəlxalq və regional elmi konfrans və simpoziumlarda məruzə edib.

 

Akademik S. Qarayev SSRİ neft-kimya və neftayırma sənayesi əlaçısı, SSRİ-nin fəxri kimyaçısı, Azərbaycanın əməkdar elm xadimi adlarına layiq görülüb.

S. Qarayev bu gün 2-ci Fəxri Xiyabanda dəfn olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR