Rubl yenidən ucuzlaşmağa başlayıb
Rusiyada 2015-ci ilin ilk valyutadəyişmə əməliyyatlarında rublun kursu yenidən enməyə başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, rubl əvvəlcə dollar və avroya nisbətdə 3 rubldan çox ucuzlaşıb, 1 dollar 59.35 rubl, 1 avro 71.95 rubl olub. Daha sonra kurs bir az sabitləşib və 1 dollar 58,02 rubl, 1 avro 70 rubl təşkil edib.
Rublun yenidən ucuzlaşmasının səbəbi neftin qiymətində növbəti azalma ilə bağlıdır. Belə ki, Brent markalı neftin qiyməti 55 dollara enib.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib