Oğuzda karantin rejimi ilə əlaqədar reyd keçirilib
Oğuzda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
APA TV-nin məlumatına görə, fəaliyyətinə icazə verilən obyektlərdə, sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrində, açıq ictimai məkanlarda keçirilən reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, tibbi maskalardan istifadənin zəruriliyi izah olunub. Karantin rejimi qaydalarına riayət etməklə fəaliyyət göstərməyin vacibliyi obyekt sahiblərinin və icarədarların diqqətinə çatdırılıb.
Reyd ictimai nəqliyyatda da davam etdirilib, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərarlar bir daha sürücü və sərnişinlərin diqqətinə çatdırılıb. Həmçinin, bəzi marşrut avtobuslarında şəffaf arakəsmələr quraşdırmayan sürücülərə xəbərdarlıq olunub.
Ümumilikdə qaydaları pozan vətəndaşlar barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)