Salyanda avtomobil aşıb, sürücü ölüb
Ələt-Astara magistralında baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yanvarın 7-də, saat 20.00 radələrində, Ələt-Astara magistralının 22-ci kilometrliyində, Salyan rayonunun Kürsəngi qəsəbəsi ərazisində Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Nəsirov Nemət Rahib oğlunun idarə etdiyi “Mercedes” markalı, 90 UL 447 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində N.Nəsirov hadisə yerində ölüb. Sərnişin, Lənkəran sakini, 1996-cı il təvəllüdlü Hüseynzadə Səfərəli Tehran oğlu isə ağır bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib