Evlərdən oğurluq edən Lənkəran sakini tutulub
Lənkəranda evlərdən oğurluq edən şəxs ifşa olunub. APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakini, 29 yaşlı Vüqar Bəhrəməli oğlu Rəcəbov ayrı-ayrı vaxtlarda vətəndaşların mənzillərindən ümumilikdə 1600 manat məbləğində məişətdə və tikintidə işlədilən avadanlıqları oğurlayıb. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları Vüqar Rəcəbovun izinə düşənə qədər o, oğurladığı malların bir qismini satmağa müvəffəq ola bilib. Mahlların bir qismi isə maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib