Gəncədə 51 yaşlı qadını maşın vurub
Gəncədə yolu keçmək istəyən qadını maşın vurub. APA TV-nin xəbərinə görə, hadisə şəhərin Tağı Aranı küçəsində baş verib. Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Ümid Oktay oğlu Əmiraslanov idarə etdiyi “VAZ21011” markalı minik avtomobili ilə yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Kəsirə Cəfər qızı Əsgərovanı vurub. Sürücü müxtəlif bədən xəsarətləri alan yaralı qadını Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıb. 51 yaşlı qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Daha sonra xəstə övladlarının istəyi ilə şəhərdəki digər bir klinikaya köçürülüb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib