"Azəriqaz" hansı ərazilərə qaz xətlərinin çəkildiyini açıqlayıb

# 15:12
11 fevral 2022

"Azəriqaz" İstehsalat Birliyi cari ilin yanvar ayında ölkə üzrə 32 kənddə paylayıcı qaz xətlərinin çəkilişinə başlayıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, yanvarda "Azəriqaz" 31 yeni yaşayış massivində də paylayıcı qaz xətlərinin çəkilişinə start verib: “Yanvar ayında yeni çəkilmiş qaz kəmərlərinin uzunluğu 13,7 km təşkil edib. Yeni çəkilmiş qaz kəmərlərinin 1 km Bakı, 12,7 km isə regionların payına düşüb. Bu da onu göstərir ki, regionlarda Bakıdakından 12-13 dəfə daha çox yeni qazlaşma üçün kəmər çəkilib".

 

Ruslan Əliyev ötən ay qaz istifadəsi ilə bağlı limiti keçən abonentlərin sayını da açıqlayıb. Onun sözlərinə görə, limiti keçən abonentlərin sayı 50 628 nəfərdir ki, bu da “Azəriqaz”ın ümumi abonentlərin sayının 2,1 %-ni təşkil edir.
 

Semral Cavad,
Fariz Quluyev,
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR