Ucarda evlərdən oğurluq edən gənc yaxalanıb
Ucar rayonunda oğurluq edən şəxs saxlanılıb. Rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, Ucar şəhər sakini, Tofiq İsmayılov küçəsində yaşayan 22 yaşlı Əli Rəhimovun evlərdən oğurluq etdiyi məlum olub.
Saxlanılan Ə. Rəhimov ilkin dindirmə zamanı bir neçə evdən qızıl- zinət əşyaları, fotoaparat, mobil telefon və video kamera oğurladığını etiraf edib.
Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxsin başqa cinayətlərdə iştirakı olub-olmadığı araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib